Arestoviç: "Ukrayna üçün cəbhədəki vəziyyət dəhşətlidir"

Arestoviç: "Ukrayna üçün cəbhədəki vəziyyət dəhşətlidir"
# 27 may 2022 04:58 (UTC +04:00)

Cəbhədəki hazırkı vəziyyət Ukrayna ordusu üçün dəhşətlidir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Arestoviç deyib.

O bildirib ki, Ukrayna qoşunlarının hücumu dəf etmək üçün lazım olan silahları olmadığından Rusiya sıxışdırmağa davam edir.

“Biz əraziləri tamamilə itirməsək də Rusiya ordusun müqavimət imkanarımız məhdudur. Cəbhədə təzyiq hər gün artacaq. Burada vəziyyət bizim üçün dəhşətlidir”, – deyə Arestoviç vurğulayıb.

Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, bu gün ruslar Ukrayna qoşunlarını uzaqmənzilli silahlarla vurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR