AŞPA Aleksey Navalnının zəhərlənməsi ilə bağlı qətnamə qəbul edib

AŞPA Aleksey Navalnının zəhərlənməsi ilə bağlı qətnamə qəbul edib
# 26 yanvar 2022 22:40 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası zamanı Aleksey Navalnının zəhərlənməsi ilə bağlı qətnamə qəbul olunub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi tərəfindən hazırlanan qətnamədə təklif edib ki, AŞPA Rusiya Federasiyasını Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərinə əlavə olaraq, Aleksey Navalnının zəhərlənməsi ilə bağlı müstəqil və effektiv araşdırmaya başlamağa çağırsın. Bundan əlavə qeyd edilib ki, Rusiya, öz ərazisində kimyəvi silahın iddia edilən inkişafı, istehsalı, yığılması və istifadəsini araşdırsın və Kimyəvi Silahlar Konvensiyasına uyğun olaraq digər iştirakçı dövlətlərin verdiyi suallara əsaslı cavablar versin və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının texniki yardım səfərinin ilk fürsətdə baş tutmağı ilə bağlı razılığa gəlinsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR