AŞPA Prezidenti Putini müharibəni dayandırmağa çağırıb

AŞPA Prezidenti Putini müharibəni dayandırmağa çağırıb
# 20 iyun 2022 13:53 (UTC +04:00)

“Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün əlimizdən gələni etməliyik”.

APA-nın Avropa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks qurumun yay sessiya çərçivəsində Rusiya-Ukrayna arasındakı müharibə məsələsinə toxunarkən deyib.

“Müharibə bizim üçün normala çevrilməməlidir və müharibənin bitməsi üçün əlimizdən gələni etməli, Ukrayna ilə öz həmrəyliyimizi göstərməliyik”, - o qeyd edib.

Tini Koks Rusiya parlamenti, hökuməti və Prezidentini müharibəni dayandırmağa çağırıb, müharibənin heç bir zaman başlamamalı olduğunu, bunu davam etdirmək üçün heç bir səbəb görmədiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR