AŞPA Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib

AŞPA Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib
# 27 aprel 2022 14:31 (UTC +04:00)

AŞPA “Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnamə qəbul edib.

APA-nın Britaniya bürosu xəbər verir ki, qətnamədə AŞPA Ukrayna ilə həmrəylik nümayiş etdirib, Rusiyaya hücumları dayandırmaq üçün çağırış edilib.

Bildirilib ki, Rusiyanın Ukraynaya hücumu Avropada İkinci Dünya müharibəsindən bəri ən dəhşətli humanitar böhrana səbəb olub, qlobal idarəçilik üçün problem yaradıb, enerji xərclərinin və ərzaq təhlükəsizliyinin kəskin artmasına gətirib çıxarıb.

Qətnamədə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək bir daha təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR