AŞPA Rusiyaya qarşı xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını tələb edir

AŞPA Rusiyaya qarşı xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını tələb edir
# 28 aprel 2022 18:05 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın Ukraynaya qarşı hücumlarının günahkarlarını məsuliyyətə cəlb etmək üçün xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını tələb edir.

APA AŞPA-nın saytına istinadən xəbər verir ki, AŞPA bütün üzv dövlətlərə çağırış edib.

Bildirilib ki, tribunal Rusiya Federasiyasının siyasi və hərbi rəhbərliyinin hərəkətlərini araşdırmaq və mühakimə etmək mandatı almalıdır.

Həmçinin qeyd edilib ki, tribunal Strasburqda yerləşərək, Avropa İnsan Hüquqları Məhkəməsi ilə eyni istiqamətdə işləməli, beynəlxalq həbs qərarı vermək səlahiyyətinə malik olmalı və dövlət toxunulmazlığı və ya dövlət və hökumət başçılarının və digər dövlət rəsmilərinin toxunulmazlığı ilə məhdudlaşdırılmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR