ATƏT-in Baş katibi Türkiyəyə gedir

Helga Şmid

© APA | Helga Şmid

# 07 avqust 2022 11:29 (UTC +04:00)

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helga Şmid 7-9 avqust tarixlərində Türkiyəyə səfər edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Şmid Ankarada baş tutacaq Səfirlər Konfransında çıxış edəcək.

Bundan əlavə, o Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də ikitərəfli görüş keçirəcək. Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə ediləcəyi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR