ATƏT sədri Qazaxıstanla bağlı çağırış edib

Zbiqnev Rau

© APA | Zbiqnev Rau

# 05 yanvar 2022 17:18 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Qazaxıstanda baş verənlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, bu barədə ATƏT sədri “Twitter”də paylaşım edib.

“Mən ATƏT sədri kimi Qazaxıstandakı son vəziyyəti yaxından izləyirəm. Mövcud problemləri həll etmək üçün zorakılıq və şiddət heç vaxt düzgün cavab deyil. Mən vəziyyətin de-eskalasiyasına və ATƏT-in öhdəliklərinə tam riayət etməklə dialoqa başlamağa çağırıram”, - Z. Rau qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR