ATƏT sədri və Qazaxıstan XİN rəhbərinin telefon danışığı olub

Zibqnev Rau

© APA | Zibqnev Rau

# 10 yanvar 2022 17:59 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə ATƏT sədri "Twitter"də bildirib.

“Muxtar Tleuberdi ilə telefon danışığımın mövzusu Qazaxıstandakı vəziyyət idi. ATƏT sədri kimi mən ATƏT-in öhdəliklərinin, o cümlədən insan haqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladım”, - Polşa XİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR