Avropa Dərman Agentliyi meymunçiçəyi ilə mübarizədə "Imvanex" peyvəndini təsdiqləyib

Avropa Dərman Agentliyi meymunçiçəyi ilə mübarizədə "Imvanex" peyvəndini təsdiqləyib
# 23 iyul 2022 05:58 (UTC +04:00)

Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı "Imvanex" peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.

APA xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin yaydığı məlumatda bildirilir.

Bu peyvənd 2013-cü ildən Avropa İttifaqında çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilib.

Agentlik “İmvaneks”in insanlarda meymunçiçəyi xəstəliyinin qarşısının alınmasında təsirli olacağını bildirib.

Mütəxəssislərin fikrincə, dərmanın əks təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur.

Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR