Avropa Ədalət Məhkəməsi “Google”la bağlı qərar verəcək

 Avropa Ədalət Məhkəməsi “Google”la bağlı qərar verəcək
# 14 sentyabr 2022 07:39 (UTC +04:00)

Avropa Ədalət Məhkəməsi “Google” şirkətinə tətbiq edilmiş cərimənin qanuniliyi barədə qərar verəcək.

APA-nın xəbərinə görə, Belçika məhkəməsi şirkəti rəqabət qaydalarını pozmaqda ittiham edərək ona qarşı 4,3 milyard avro cərimə tətbiq edib. Məhkəmə qərarında göstərilir ki, şirkət telefon istehsalçılarını “Android” sistemindən istifadəyə məcbur edir. “Google” şirkəti bu qərara etiraz olaraq Avropa Ədalət Məhkəməsinə müraciət edib.

Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsi Belçika məhkəməsinin qərarının qanuni olub-olmadığı barədə rəy verəcək. Məhkəmənin rəyinin saat 11.30-da elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR