Avropa Hərbi İnnovasiya Mərkəzi yaradılır

Cozep Borrell

© APA | Cozep Borrell

# 17 may 2022 18:49 (UTC +04:00)

Avropa Hərbi İnnovasiya Mərkəzi yaradılır.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında deyib.

O bildirib ki, bu qərar Aİ-nin xarici işlər nazirlərinin iclasında verilib.

Onun sözlərinə görə, məqsəd üzv dövlətlər arasında hərbi sahədə innovasiyalar üzrə əməkdaşlığı asanlaşdırmaq, dəstəkləmək və stimullaşdırmaqdır: "Eyni zamanda, bu gün biz hərbi sahədə maliyyə xərcləri arasında fərqləri müzakirə etdik. Bu gün üzv ölkələr arasında hərbi sahəyə maliyyənin artırılması ilə bağlı istəklilik müşahidə olunur və əlbəttə ki, bu sahədə birgə işləmək vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR