Avropa İttifaqı Patriarx Kirillə sanksiya tətbiq etməyib

Avropa İttifaqı Patriarx Kirillə sanksiya tətbiq etməyib
# 02 iyun 2022 18:50 (UTC +04:00)

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin adı Aİ-nin Rusiyaya qarşı son sanksiyalar paketinə salınmayıb.

APA “Euronews”a istinadən xəbər verir ki, bu barədə məlumatlı diplomatlar bildirib.

Onların sözlərinə görə, Macarıstan Patriarx Kirillə qarşı sanksiyalara etiraz edib. Macarıstan bunu dini azadlıq məsələsi adlandırıb.

Xatırladaq ki, Brüssel Patriarx Kirilli Ukraynanın işğalını dəstəkləməkdə və Prezident Putinin təbliğatçısı kimi çıxış etməkdə ittiham edir.

Mayın əvvəlində etdiyi xütbədə Moskva və bütün Rusiyanın patriarxı bildirib ki, Rusiya heç vaxt heç kimə hücum etməyib.

“Biz müharibəyə getmək istəmirik. Böyük və qüdrətli bir ölkə heç vaxt heç kimə hücum etməyib – o, yalnız öz sərhədlərini qoruyub”, - Kirilli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR