Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
# 18 iyul 2022 12:01 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiya qarşı tətbiq olunan sanksiyaları “səhv” adlandıranlara cavab verib.

APA xəbər verir ki, Borrell Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib ki, bugünkü iclasda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynadakı son vəziyyətlə bağlı XİN başçılarını məlumatlandıracaq.

“Biz həmçinin tətbiq olunmuş sanksiyaların həyata keçirilməsi ilə bağlı vəziyyəti müzakirə edəcəyik. Bu sanksiyaların effektivliyi ilə bağlı müzakirələr, mübahisəli fikirlər var. Bəzi Avropa liderləri sual edir ki, bu sanksiyalar effektivdirmi və yaxud bildirir ki, bu sanksiyalar Aİ-yə Rusiyadan daha çox təsir edir. Onlar əlavə edir ki, bu, səhv idi. Mən düşünmürəm ki, bu sanksiyaların tətbiqi qərarı səhvdir. Bu, bizim etməli olduğumuzdur və bunu davam etdirəcəyik”, - Cozep Borrell vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsinin sözlərinə görə, bəzi liderlər bəyan edir ki, neftin qiyməti qalxıb, ancaq onlar bu arqumentlərdən əvvəl rəqəmlərə baxmalıdırlar: “Statistikaya baxsanız görəcəksiz ki, neftin qiyməti müharibədən əvvəlki qiymətlə eynidir. Müharibə başlayanda qiymət qalxdı, lakin bizim tələbimiz azaldıqda qiymətlər də endi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR