Avropa İttifaqı: Ukrayna davamlı dəstəyimizə əmin ola bilər

Borrell, Şmıqal

© APA | Borrell, Şmıqal

# 06 yanvar 2022 15:39 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynanın Baş naziri Denis Şmıqalla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın üzləşdiyi xarici təhdidlərə birgə cavab vermək, eyni zamanda, hərtərəfli islahat gündəmini davam etdirməklə daxili dayanıqlığı daha da gücləndirmək müzakirə olunub.

“Ukrayna Aİ-nin davamlı dəstəyinə əmin ola bilər”, - Aİ-nin Ali Nümayəndəsi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR