Avropa İttifaqı Viktor Yanukoviçə sanksiya tətbiq edib

Avropa İttifaqı Viktor Yanukoviçə sanksiya tətbiq edib
# 05 avqust 2022 02:01 (UTC +04:00)

Avropa İttifaqına üzv ölkələr Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə və onun oğlu Oleksandra sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, Avropa Şurasının yaydığı bəyanatda onların Ukraynanın təhlükəsizliyinə təhdid yaratdığı bildirilir.

2010-2014-cü illərdə Ukraynaya rəhbərlik edən Viktor Yanukoviç “məxməri inqilabla” hakimiyyətdən uzaqlaşdırlıb. 72 yaşlı siyasətçi hazırda Rusiyada yaşayır.

49 yaşlı Oleksandr Yanukoviç qanunsuz gəlir əldə etməkdə təqsirləndirilir. Hər 2 şəxsə viza məhdudiyyəti tətbiq edilib, Avropadakı hesablarının dondurulması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR