Avropa İttifaqına sədrlik Çexiyaya keçib

Avropa İttifaqına sədrlik Çexiyaya keçib
# 30 iyun 2022 07:40 (UTC +04:00)

Çex Respublikası Aİ-yə sədrliyi Fransadan təhvil alıb.

APA xəbər verir ki, bu barəıdə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik açıqlamada ölkənin ittifaqa sədrliyinin prioritetlərini də açıqlayıb. Bura Ukrayna münaqişəsinin həllinə kömək, enerji təhlükəsziliyi və miqrasiya daxildir.

Baş nazir Petr Fiala bir müddət əvvəl bildirib ki, yaxın vaxtlarda Ukrayna prezidenti ilə birgə zirvə görüşü təşkil etmək niyyətindədir. Görüşdə uzun müddətdir quruma üzv olmaq istəyən ölkələrin də məsələsi müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR