Avropa İttifaqının XİN başçıları İrana qarşı sanksiyalar paketi hazırlayır

Avropa İttifaqının XİN başçıları İrana qarşı sanksiyalar paketi hazırlayır
# 20 mart 2023 03:01 (UTC +04:00)

Aİ-nin 27 ölkəsinin xarici işlər və müdafiə nazirləri Aİ Şurasının bazar ertəsi Brüsseldə planlaşdırılan iclasında Avropa İttifaqının xarici işlər naziri Cozep Borrelin Ukraynaya mərmi tədarükü üçün Avropa Sülh Fondundan 2 milyard avro ayırmaq planını təsdiqləməlidirlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Aİ Xarici Siyasət Xidmətindəki mənbə bildirib.

Nazirlər Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək, “İranda insan hüquqlarının pozulmasına” görə yeni sanksiyalar paketini təsdiqləyəcəklər. Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünə paralel olaraq Brüsseldə zəlzələlərlə əlaqədar Türkiyə və Suriyaya yardım donorlarının konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR