Avropa Komissiyası Aİ-də KİV-lərin müstəqilliyini bərpa etməyə çalışacaq

Avropa Komissiyası Aİ-də KİV-lərin müstəqilliyini bərpa etməyə çalışacaq
# 11 sentyabr 2022 10:57 (UTC +04:00)

Avropa Komissiyası redaksiyaların müstəqilliyini siyasi hakimiyyət və maqnatlardan qorumağa zəmanət verən qanun layihəsi hazırlayır.

APA-nın “Le Figaro” nəşrinə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının sədrinin müavini Vera Yurovoy bildirib ki, Avropa İttifaqına üzv bir sıra dövlətlər KİV-lərə təsir imkanına malikdirlər.

Avropa Komissiyasının sədrinin müavini deyib ki, həmin dövlətlər və maqnatlar Avropa İttifaqının bu qanun layihəsindən narazı olacaqlar: “Həmin dövlətlər Avropa Komissiyasını onların hakimiyyətini ələ keçirmək istəməkdə ittiham edəcək, maqnatlar isə bizi onların biznesini məhv etməkdə günahlandıracaqlar”.

Avropa Komissiyası “KİV-də azadlıq haqqında” qanun layihəsini gələn həftə rəsmən təqdim edəcək. Qanun layihəsi KİV-in azadlığına dair tələbləri özündə ehtiva edir. Eyni zamanda əgər bu tələblər pozularsa, Avropa Komissiyasına hüquqi prosedur başlatmaq səlahiyyətinin verilməsini nəzərdə tutur. Avropa Komissiyası hesab edir ki, qanun həm də Avropa İttifaqında jurnalistləri təzyiqdən qoruyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR