Avropa Komissiyası Aİ-yə üzv ölkələrə qaza qənaətlə bağlı çağırış edib

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 20 iyul 2022 14:40 (UTC +04:00)

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələrə təbii qaza qənaətlə bağlı çağırış edib.

APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen mətbuat konfransında deyib ki, Avropa Rusiyadan tam qaz kəsintisinə hazır olmalıdır.

Onun sözlərinə görə, Avropa Komissiyası ən pis ssenariyə hazırlaşır:

“Biz qənaət üçün qarşıdan gələn qışa qaz istehlakını azaltmalıyıq. Mən anlayıram ki, bu, çox böyük bir istək və çağırışdır, amma bu bizi böhrandan xilas edəcək. Hər bir üzv ölkə qaz istifadəsini azaltmalıdır. Avropa Komissiyası üzv ölkələrdən qaza 15 faizədək qənaət etməyi istəyir. Bu 45 milyard kub metr qaz deməkdir. Nəticə etibarilə bu o deməkdir ki, biz Rusiya qazı olmadan qarşıdakı qış böhran yaşamayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR