Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməyib

Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməyib
# 17 iyun 2022 14:30 (UTC +04:00)

Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.

“Biz Şuraya tövsiyə edirik ki, Gürcüstana namizəd statusu verməkdənsə, ona Avropa perspektivi versin, onun şərtlərə necə cavab verdiyini qiymətləndirsin”, - von der Leyen qeyd edib.

Ursula von der Leyen bildirib ki, Gürcüstan da Ukrayna və Moldova ilə eyni potensialı bölüşür və onun müraciətinin güclü tərəfləri var. Xüsusilə də iqtisadiyyatının özəl sektora əsaslanan bazar oriyentasiyalı olması ilə, lakin uğur qazanmaq üçün ölkə siyasi cəhətdən birləşərək struktur islahatları aparmalı və geniş siyasi dəstəyi, vətəndaş cəmiyyətini əhatə edən Avropa İttifaqına aydın yolu dizayn etməlidir.

“Ona görə də biz (Gürcüstana) Avropa perspektivinin verilməsini və namizəd statusu verilmədən əvvəl Gürcüstanın bu şərtlərə necə cavab verməsini qiymətləndirməsini şuraya tövsiyə edirik”, - deyə Ursula von der Leyen bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR