Avropa Komissiyası Macarıstanla bağlı təhqiqata başlayıb

Avropa Komissiyası Macarıstanla bağlı təhqiqata başlayıb
# 16 iyul 2022 05:39 (UTC +04:00)

Avropa Komissiyası yanacaq qiymətinə görə Macarıstanla bağlı təhqiqata başlayıb.

APA-nın xəbərinə görə, Komissiya bildirib ki, yanacağa sabit qiymət təbiq etməklə, rəsmi Budapeşt Avropanın bazar qaydalarını pozub.

Komissiya hesab edir ki, Macarıstan mal və xidmətlərin, həmçinin insanların sərbəst hərəkətinə dair Avropa normalarına əməl etməlidir.

Qeyd edək ki, noyabrdan etibarən Macarıstan yanacaq qiymətlərinə sabit tarif tətbiq edib. Maydan etibarən “yanacaq turizminin” qarşısını almaq üçün ucuz yanacaq yalnız Macarıstan nömrəli avtomobillərə satılır. Hazırda Macarıstanda yanacaq digər Avropa ölkələri ilə müqayisədə 70%-dək ucuzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR