Avropa Komissiyası Moldovaya 250 milyon avro ayıracaq

Ursula von der Leyen, Maya Sandu

© APA | Ursula von der Leyen, Maya Sandu

# 10 noyabr 2022 12:53 (UTC +04:00)

Avropa Komissiyası Moldovanın enerji təhlükəsizliyi üçün yardım paketi ayıracağını elan edib.

APA xəbər verir ki, bu barədə Moldovada səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu ölkənin Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Biz Moldovanın qaz təchizatı ilə bağlı ehtiyaclarını qarşılaması üçün 200 milyon avro ayıracağıq. Bu, 100 milyon avro qrant, digər 100 milyon avro isə borc şəkilində olacaq. Vəsait 2023-cü ilin yanvarından etibarən mümkün olacaq.

50 milyon avro isə büdcə dəstəyi üçün ayıracağıq", Ursula von der Leyen deyib.

Onun sözlərinə görə Aİ həmçinin Moldovaya dəstək üçün beynəlxalq donorlarla yaxından işləyəcək. "Moldovaya Dəstək Platformasının iclası noyabrın 21-də Parisdə keçiriləcək", Avropa Komissiyasının Prezidenti deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR