Avropa Komissiyası Rusiyaya pilotsuz vasitələrin ixracını qadağan edib

Avropa Komissiyası Rusiyaya pilotsuz vasitələrin ixracını qadağan edib
# 07 dekabr 2022 22:18 (UTC +04:00)

Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı qadağan edilir.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

Diplomat bildirib ki, bu qadağa Rusiyaya qarşı 9-cu sanksiyalar paketində yer alır. Qadağa siyahısına Rusiyanın hərbi sənaye kompleksinin ehtiyacı olan elektronika avadanlığı da daxil edilib.

Avropa liderləri yeni sanksiyalar paketini gələn həftə Brüsseldə müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR