Avropa Komissiyası Ukrayna üçün əlavə 5 milyard avro yardım təklif edib

Avropa Komissiyası Ukrayna üçün əlavə 5 milyard avro yardım təklif edib
# 07 sentyabr 2022 14:21 (UTC +04:00)

Avropa Komissiyası Ukrayna üçün əlavə 5 milyard avro yardım təklif edib.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.

O deyib ki, Ukraynadakı vəziyyət Aİ-nin dəstəyini tələb edir.

“Bu gün Aİ Komissiyası ölkəyə əlavə 5 milyard avroluq makromaliyyə yardımı təklif edir”, - Ursula von der Leyen qeyd edib.

O qeyd edib ki, bu, indiyə qədər 10 milyard avro dəyərində humanitar, maliyyə və hərbi yardımdan əlavədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR