Avropa Komissiyası Ukraynanın Bərpası Planını təsdiqləyib - YENİLƏNİB

Avropa Komissiyası Ukraynanın Bərpası Planını təsdiqləyib - YENİLƏNİB
# 18 may 2022 18:49 (UTC +04:00)

Avropa Komissiyası Ukraynanın Bərpası Planını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.

“Avropa Komissiyası Ukraynanın Bərpası Planını təsdiqlədi! Artıq Ukraynaya 9 milyard avroluq makromaliyyə yardımı təklif edilir... Ancaq bu məsələdə əsas məqam pul deyil. Əsas verilən rəsmi mesajdır ki, Aİ Ukraynanın gələcək bərpasında əsas oyunçu olacaq. Biz birlikdə nəinki rusların məhv etdiklərini bərpa edəcəyik, həm də Yeni Ukrayna quracağıq. Yeni Avropa qaydalarına uyğun”, - o qeyd edib.

Baş nazir vurğulayıb ki, Aİ Müharibədən Sonra Yenidənqurma üzrə Milli Şuranın hazırladığı planı əsas götürəcək. Eyni zamanda, yenidənqurma prosesinin “sahibi” Ukrayna olacaq, lakin maksimum şəffaflıq və səmərəlilik üçün avropalı tərəfdaşlar prosesə cəlb olunacaq.

Ümumi plan 4 sütuna əsaslanacaq:

- ən son standartlara və Avropa siyasətinə uyğun olaraq bütün infrastrukturun bərpası;

- Ukrayna dövlətinin və institutlarının modernləşdirilməsi;

- Ukraynanın bütün sahələrdə və istiqamətlərdə Aİ ilə maksimum inteqrasiyası;

- iqtisadi transformasiya, həmçinin Ukrayna biznesi üçün yeni imkanlar.

“Ölkəmizlə həmrəylik nümayiş etdirib bu sənədi qəbul etdiyinə görə Avropa Komissiyasına minnətdarıq. Biz qələbəyə və həmçinin Avropa İttifaqının güclü və bərabərhüquqlu üzvü olacaq gözəl Ukraynamızı quracağımıza əminik!”, - Baş nazir Şmıqal qeyd edib.

***

15:26

Müharibə müddətində də, yenidənqurma prosesində biz Ukraynanın yanında olmağa davam edəcəyik.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O bildirib ki, Avropa Komissiyası Ukraynaya 2022-ci ildə 9 milyard avroya qədər yeni makromaliyyə yardımı təklif edir.

“Yenidənqurma investisiya və islahatlarla birgə reallaşmalıdır. Biz Ukraynanın və Avropa Komissiyasının rəhbərlik edəcəyi yenidənqurma platformasının yaradılmasını təklif edirik. Bu platforma Aİ-nin üzv dövlətlərini, beynəlxalq donorları, maliyyə institutlarını və digər tərəfdaşları bir araya gətirəcək”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR