Avropa Məhkəməsi Yunanıstanı cərimələyib

Avropa Məhkəməsi Yunanıstanı cərimələyib
# 07 iyul 2022 21:04 (UTC +04:00)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) gəmi qəzasında ölmüş 11 qaçqının qohumlarının Yunanıstana qarşı iddiasına dair qərarını elan edib.

APA-nın AİHM katibliyinə istinadla məlumatına görə, iddia təmin edilib.

Qərarda göstərilir ki, Yunanıstan təfəri 20 yanvar 2014-cü ildə 27 miqrantı daşıyan gəmini qəsdən qəbul eməyərək geri qaytarıb. Qısa müddət sonra gəmi açıq dənizdə qəzaya uğrayıb. Gəmidə onlardan 11-i həyatını itirib. Digər tərəfdən, dövlət qurumları məsələni ciddi araşdırmayıb.

Məhkəmənin qənaətinə görə, Yunanıstan Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncə və qeyri-insani rəftarın qadağan edilməsi) maddələrini pozub.

7 nəfərlik kollegiyanın qərarı ilə rəsmi Afina ölənlərin varislərinə 330 000 avro təzminat ödəməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR