Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırmağı planlaşdırır

Avropa Mərkəzi Bankı

© APA | Avropa Mərkəzi Bankı

# 14 may 2022 20:38 (UTC +04:00)

Avropa Mərkəzi Bankı (AMB) iyulda uçot dərəcəsini artıra bilər.

APA-nın xəbərinə görə, bunu bankın rəhbəri Kristin Laqard bildirib.

Bank bu məqsədlə iyunun 9-da Amsterdamda, 21-də isə Frankfurtda iclas keçirəcək. Laqard uçot dərəcəsinin artımının müvəqqəti olacağını və məqsədin inflyasiyanın qarşısnı almaq olduğunu deyib.

Avrostatın statistikasına görə, apreldə avrozonada inflyasiya rekord həddə 7,5% olub. Halbuki AMB-nin müəyyən etdiyi hədd maksimum 2%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR