Avropa Parlamentinin Prezidenti xəstəxanaya yerləşdirilib

David Sassoli

© APA | David Sassoli

# 10 yanvar 2022 18:53 (UTC +04:00)

Avropa Parlamentinin Prezidenti David Sassoli xəstəxanaya yerləşdirilib.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Roberto Cuillo bildirib.

O qeyd edib ki, Avropa Parlamentinin Prezidenti dekabrın 26-dan xəstəxanaya yerləşdirilib və onun bütün işləri təxirə salınıb.

"İmmun sisteminin disfunksiyası nəticəsində yaranan ciddi fəsadlara görə xəstəxanaya yerləşdirmək zəruri olub", - deyə o bildirib.

Xatırladaq ki, 64 yaşlı David Sassoli ötən ilin sentyabrında parlamentin plenar iclası zamanı ağır pnevmoniya xəstəliyinə tutulub və xəstəxanaya yerləşdirilməli olub. O, müalicə almaq məqsədi ilə İtaliyaya qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR