Avropa Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edə bilər

Avropa Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edə bilər
# 23 aprel 2022 03:01 (UTC +04:00)

Avropa gələn həftədən Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq edə bilər.

APA-nın xəbərinə görə, bu barədə Politico nəşri məlumat yayıb.

Nəşr adını açıqlamadığı diplomata istinadlıa bildirir ki, yeni paketdə Rusiya neftinin idxalına qadağa və Rusiya banklarlının SWIFT ödəniş sistemindən kənarlaşdırılması yer ala bilər.

Digər diplomat bildirib ki, növbəti sanksiyalar paketi bazar ertəsi müzakirəyə təüdim edilə bilər. Aİ üzvləri onu həftə ərzində müzakirə etməlidir və ehtimal ki, cümə günü qərar qəbul edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR