Avropa Şurası həbsxanalardakı vəziyyətə görə Yunanıstanı tənqid edib

Avropa Şurası həbsxanalardakı vəziyyətə görə Yunanıstanı tənqid edib
# 02 sentyabr 2022 05:54 (UTC +04:00)

Avropa Şurası bu gün dərc edilmiş hesabatında Yunanıstan həbsxanalarındakı vəziyyətin insan şərəf və ləyaqətinə uyğun olmadığını bildirib.

APA xəbər verir ki, İşgəncə Əleyhinə Komitənin (CAT) hazırladığı hesabatda göstərilir ki, Yunanıstandakı həbsxanaların 2 həftə ərzində monitorinqi aparılıb. Hesabat müəlliflərinin fikrincə, həbsxanalarda əsas problemlər sıxlıq, saxlanma şəraitinin pis olması, zorakılıq, işçi çatışmazlığı və tibb xidmətinin aşağı olmasıdır.

Ölkə həbsxanalarının tutumu 10 175 nəfər olduğub halda dustaq sayı 11 182 nəfərdir. Başqa sözlə, doluluq göstəricisi 110%-dir. Ayrı-ayrılıqda götürdükdə bəzi həbsxanalarda doluluq göstəricisi 130%-i aşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR