Avropa Şurası tezliklə Kiyevdə ofisinin fəaliyyətini bərpa edəcək

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç

© APA | Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç

# 20 may 2022 12:32 (UTC +04:00)

Avropa Şurası tezliklə Kiyevdə ofisinin fəaliyyətini bərpa edəcək.

APA xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Nazirlər Komitəsinin Turində keçirilən 132-ci iclasında çıxışında deyib.

O, bir neçə gün əvvəl Kiyevə səfər etdiyini xatırladıb: “Mən heç vaxt İrpini və Borodiyankanı unutmayacağam. Mülki vətəndaşlara, qadınlara, uşaqlara qarşı təcavüz, işgəncə, qətllər törədilib. Bütün bunlar Rusiyanın Avropa Şurasından çıxaran səbəblərdir və bizim verdiyimiz doğru qərardır”.

Baş katib qeyd edib ki, Ukraynanı dəstəkləmək Avropa Şurası üçün vacib prioritetdir: “Biz törədilən müharibə cinayətlərinin Ukrayna Prokurorluğu tərəfindən araşdırılmasını dəstəkləyirik və bu prosesə dəstək verəcəyik”.

Mariya Peyçinoviç Buriç diqqətə çatdırıb ki, onlar tezliklə ofislərini Kiyevdə açacaqlar. O əlavə edib ki, bu, həmrəyliyin rəmzidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR