Avropada 376 000 saxta əskinas dövriyyədən çıxarılıb

Avropada 376 000 saxta əskinas dövriyyədən çıxarılıb
# 31 yanvar 2023 07:05 (UTC +04:00)

2022-ci ildə Avropa İttifaqında 376 000 saxta əskinas dövriyyədən çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb. Bu da 2021-ci ildəkindən 8,4% çoxdur. Ən çox saxtalaşdırılan nominallar 20 və 50 avroluq əskinaslar olub.

Bankın məlumatına görə 2021-ci ildə İttifaqa üzv ölkələrdə 347 000 ədəd saxta əskinas aşkar edilib. Bu da ittifaqın tarixində ən aşağı göstərici olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR