Avropada ilin əvvəlində COVID-19-a 7 milyondan çox yoluxma qeydə alınıb

Avropada ilin əvvəlində COVID-19-a 7 milyondan çox yoluxma qeydə alınıb
# 11 yanvar 2022 14:41 (UTC +04:00)

Avropa regionunda 2022-ci ilin ilk həftəsində COVID-19-a 7 milyondan çox yeni yoluxma qeydə alınıb.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat brifinqində deyib.

“Yanvarın 10-na olan məlumata görə, 26 ölkənin hər birinin əhalisinin 1%-dən çoxu hər həftə COVID-19-a yoluxur”, - Hans Kluqe bildirib.

Onun sözlərinə görə, ölüm nisbəti sabit olaraq qalır və ən yüksək ölüm faizi vaksinasiyanın zəif olduğu ölkələrdə qeydə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR