Avropada isti hava rekord göstəriciyə səbəb olub

Avropada isti hava rekord göstəriciyə səbəb olub
# 30 iyun 2022 23:06 (UTC +04:00)

Avropanı bürüyən isti hava dalğası iyun ayında bir neçə temperaturun rekord həddə artmasına səbəb olub.

APA BBC-ə istinadən xəbər verir ki, bəzi yerlərdə temperatur normadan 20°C yuxarı olub.

Bildirilir ki, xüsusən də Norveçin Banak yarımadasında çərşənbə günü 32,5°C temperatur qeydə alınıb ki, bu da Avropanın Şimal dairəsində indiyə qədər qeydə alınmış ən yüksək temperatur hesab olunur. Bu ərazidə orta aylıq temperatur 13 dərəcə olur.

Polşada bazar ertəsi termometrlər +30°C-i, Almaniyanın şərqində isə +37°C-ni göstərib.

Sloveniya və Xorvatiyada da rekord temperatur qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR