Avropada isti havadan ölənlərin sayı artıb

Avropada isti havadan ölənlərin sayı artıb
# 21 iyul 2022 01:50 (UTC +04:00)

Avropada isti hava səbəbindən ölənlərin sayı artır.

APA xəbər verir ki, qoca qitənin bir çox ölkələrində havanın temperaturu 40 dərəcəyə çatıb.

Portuqaliyada iyulun yeddisindən indiyə qədər isti havadan ölənlərin sayı 1065 nəfərə çatıb.

Temperaturun kəskin artması ilə yaxın günlərdə ölü sayının artacağı istisna edilmir.

Rəsmilər isti havanın səbəb olduğu 13 bölgədə yanğın olduğunu bildirib. Yanğının yaşayış məntəqələrinə doğru irəlilədiyi deyilir.

İspaniyada isə 10 gündür davam edən isti və quraq havada 500 adam həyatını itirib.

Kəskin isti havanın müşahidə olunduğu digər ölkə isə Almaniyadır.

Ötən gün qeydə alınan 40 dərəcə temperatur ən isti gün kimi qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR