Avropada koronavirusa yoluxanların sayı 100 milyon nəfəri keçib

Avropada koronavirusa yoluxanların sayı 100 milyon nəfəri keçib
# 03 yanvar 2022 08:26 (UTC +04:00)

Hazırda Covid-19 pandemiyasının episentri hesab olunan Avropada 2019-cu ilin dekabrından bu günədək yoluxanların sayı 100 075 000 nəfərdən çox olub.

APA-nın xəbərinə görə, statistika Avropa qitəsinin bütün ölkələrinin (MDB də daxil olmaqla) rəsmi qurumlarının gündəlik hesabatları əsasında tərtib edilib. Dünyada qeydə alınmış ümumi yoluxma hallarının üçdə biri bu qitənin payına düşür. Ötən həftə qeydə alınmış yoluxma sayı 5 milyon nəfərə yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR