Avropada və ABŞ-da Milli Parklar yanır

Avropada və ABŞ-da Milli Parklar yanır
# 27 iyul 2022 03:32 (UTC +04:00)

Avropa İttifaqı milli parkda baş verən yanğınla mübarizədə Çexiyaya kömək edəcək.

APA xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.

Alov 30 hektar ərazini əhatə edib və qonşu Almaniya ərazisinə keçib.

Almaniya ilə sərhəddə Çexiyanın Qrjensko və Mezna şəhərlərindən 150-dən çox insan təxliyə edilib.

Yanğınsöndürmə işlərinə 400-ə qədər canlı qüvvə cəlb olunub.

Küləkli hava şəraiti yanğının söndürülməsində çətinlik yaradır.

Polşa və Slovakiya Çexiyaya kömək etmək üçün helikopterlər göndərib.

Yanğının sərhədi keçərək Almaniyanın Saksoniya federal əyalətinə keçdiyi qeyd edilir.

"Sakson İsveçrəsi" milli parkındakı yanğına 4 helikopter cəlb olunub. Yanğının söndürülməsi zamanı yeddi yanğınsöndürən xəsarət alıb.

Quru şam meşəsinin çox olduğu Brandenburq federal əyalətində yanğın sürətlə yayılır.

Yanğın İkinci Dünya Müharibəsindən qalan döyüş sursatlarının ola biləcəyi ehtimal olunan 850 hektar ərazidə baş verib.

Bundan əlavə, yanğın Yunanıstanın Türkiyə ilə sərhədə yaxın ərazidə yerləşən “Dadia-Lefkimi-Soufli” milli parkını bürüyüb.

Xilasedicilər nadir heyvanları yanğından qorumağa çalışırlar.

Unikal şam meşəsi, yırtıcı quşlar, xüsusən də bu bölgənin simvolu olan qara quzğunu təhlükə altında qalıb.

Bundan başqa, ABŞ-da məşhur Yosemit Milli Parkı yanır. İki min yanğınsöndürən yanğınla mübarizə aparır. Hadisə ilə əlaqədar 6 min insan təxliyə edilib.

Məlumata görə, bəzi sakinlər xəbərdarlıqlara baxmayaraq evlərini tərk etməkdən imtina edir.

İlkin ehtimala görə, yanğına otbiçən maşından çıxan qığılcım səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR