Avstraliya referendumla əlaqədar 28 məmura qarşı sanksiya tətbiq edəcək

Avstraliya referendumla əlaqədar 28 məmura qarşı sanksiya tətbiq edəcək
# 02 oktyabr 2022 09:30 (UTC +04:00)

Avstraliya hakimiyyəti qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın, Zaporojye və Xerson vilayətlərinin 28 nümayəndəsinə, habelə nazirlərə və yüksək rütbəli məmurlara qarşı sanksiya tətbiq etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə bu gün Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, onlar, xüsusən, Rusiyanın “DXR” və “LXR”, Zaporojye və Xerson vilayətlərinə birləşdirilməsi ilə bağlı referendumun təşkilində və keçirilməsində iştirak etmiş şəxslərə şamil ediləcək. Sanksiyaya məruz qalanların siyahısı verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR