Avstraliyadan Ukraynaya 14 zirehli transportyorun ilk partiyası yola salınıb

Avstraliyadan Ukraynaya 14 zirehli transportyorun ilk partiyası yola salınıb
# 23 iyun 2022 15:36 (UTC +04:00)

Avstraliyanın Ukraynaya bağışladığı 14 ədəd M113AS4 zirehli transportyorunun ilk partiyası artıq yola salınıb.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Kiyevdəki səfiri bildirib.

O, ilk partiyanın ötən həftə ölkəsindən yola salındığını qeyd edib. Avstraliyanın Ukraynaya hərbi yardımın ümumi dəyərinin 196 milyon ABŞ dolları təşkil etdiyi bildirilib.

Yardım paketinə zirehli nəqliyyat vasitələri ilə yanaşı M777 haubitsaları, zirehdəlici silahlar, sursat, PUA-lar və müxtəlif növ piyada ləvazimatları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR