Avstriya hələ də Rusiya qazından asılı olduğunu bəyan edib

Avstriya hələ də Rusiya qazından asılı olduğunu bəyan edib
# 30 sentyabr 2022 12:47 (UTC +04:00)

Rəsmi Vyana karbohidrogen qiymətlərinə məhdudiyyətlər qoyulmasını mümkün saymır, çünki belə olan halda həmin məhsulların Avropaya çatdırılmasının təhlükəsizliyinin təminatı sual altına düşür.

APA TASS-a istinadən xəbər verir ki, bunu Avstriyanın ekologiya, energetika, nəqliyyat, innovasiya və texnologiyalar naziri Leonore Qevessler Avropa İttifaqı Şurasının bu gün Brüsseldə keçirilən təcili iclasında deyib.

O həmçinin ölkəsinin hələ də Rusiya qazından asılı olduğunu vurğulayıb.

Nazir son günlər qiymətin maksimumu barədə çoxlu müzakirələrin getdiyini deyib: “Son günlər biz idxal olunan qaz üçün qiymət maksimumu təyin olunmasını çoxlu müzakirə etmişik. Avstriya əvvəlki kimi, təbii qazın və ən əsas da Rusiya qazının idxalından asılıdır. Bizə gələn təkliflər arasında mən elə bir təklifə rast gəlmədim ki, Rusiyanın təyin etdiyi qiyməti ödəməkdən imtina etdiyimiz halda, həmin tədarükçülərin bundan sonra Avropanı kifayət qədər həcmdə təbii qazla təmin edəcəyi barədə əminliyimi bildirim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR