Avstriya Prezidenti və Almaniya parlamentinin vitse-prezidenti Ukraynaya səfər ediblər

Avstriya Prezidenti və Almaniya parlamentinin vitse-prezidenti Ukraynaya səfər ediblər
# 01 fevral 2023 15:12 (UTC +04:00)

Avstriya Prezidenti və Almaniya Parlamentinin vitse-prezidenti Ukraynada səfərdədir.
APA xəbər verir ki, bu barədə Avropalı rəsmilər "Twitter" hesablarında bildiriblər.
Müharibə cinayətlərinin törədildiyi Buçaya səfər edən Avstriya Prezidenti Aleksander Van der Bellen: "Bu dəhşətli işğalçı müharibənin məhv etdiyi hər bir həyat üçün yas tuturam. İnsanlığa qarşı, müdafiə etdiyimiz hər şeyə qarşı törədilən bu cinayətlər unudulmamalı və cəzasız qalmamalıdır", deyə paylaşımında bildirib.

Almaniya Parlamentinin vitse-prezidenti Katrin Göring -Ekardt isə paylaşımında bildirib ki, o, bir neçə gün Ukraynada səfərdə olacaq və ölkədəki yenidənqurma işləri humanitar vəziyyətlə bağlı ətrafı öyrənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR