Avstriya transformatorların bərpası üçün Ukraynaya 5 milyon avro yardım edəcək

Avstriya transformatorların bərpası üçün Ukraynaya 5 milyon avro yardım edəcək
# 01 fevral 2023 22:59 (UTC +04:00)

Avstriya hakimiyyəti Ukrayna transformator yarımstansiyalarının bərpası üçün 5 milyon avro ayırmağı planlaşdırır.

APA-nın məlumatına görə, bunu Avstriya prezidenti Aleksandr Van der Bellen Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, Ukrayna və Avstriya nazirlikləri enerji və ətraf mühitin mühafizəsi sahələrində anlaşma memorandumları imzalayıb. Prezidentin sözlərinə görə, bu sənədlər Ukraynanın Avropa İttifaqına daxil olması üçün ölkələr arasında əməkdaşlığı gücləndirməyə kömək etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR