Avstriya Türkiyəyə maliyyə yardımı ayırır və hərbçilər göndərir

Avstriya Türkiyəyə maliyyə yardımı ayırır və hərbçilər göndərir
# 06 fevral 2023 16:56 (UTC +04:00)

Avstriya Türkiyədəki zəlzələ ilə əlaqədar bu ölkəyə maliyyə yardımı ayıracaq və axtarış-xilasetmə üçün hərbçilər göndərəcək.

APA xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer "Twitter"də bildirib.

"Zəlzələlərdən sonra Türkiyədən və Suriyadan bu gün bizə çatan dəhşətli görüntülər ciddi dağıntıların və çoxlu sayda qurbanların olduğunu göstərir. Fikrimiz qurbanların ailələrinin yanındadır. Biz bu ağır zamanda Türkiyə və Suriya xalqlarının yanındayıq.

Zəlzələnin gücü dağıdıcıdır. Avstriya yerli yardım təşkilatları üçün Xarici Fəlakət Fondundan 3 milyon avro ayıracaq və sabahdan etibarən zəlzələ bölgəsində xilasetmə əməliyyatlarında Avstriya silahlı qüvvələrinin 80-dən çox əsgəri dəstək verəcək", - Kansler bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR