Avstriya XİN başçısı: “Türkiyə Ukraynadakı müharibədə sabitləşdirici rol oynayır”

Avstriya XİN başçısı: “Türkiyə Ukraynadakı müharibədə sabitləşdirici rol oynayır”
# 04 iyul 2022 15:42 (UTC +04:00)

Türkiyə Ukraynadakı müharibədə son dərəcə sabitləşdirici və önəmli rol oynayır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq türkiyəli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə Ukrayna limanlarından taxılı çıxarmaq üçün də çox səylər göstərir. Bundan əlavə, nazir Rusiya bayrağı altında Ukrayna taxılı ilə yüklü gəminin Türkiyə tərəfindən saxlanıldığını da xatırladıb.

Şallenberq Türkiyə-Aİ münasibətləri ətrafında isə dialoqun davam edilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR