Avstriya yanvarın 31-dən bəzi məhdudiyyətləri yumşaldır

Avstriya yanvarın 31-dən bəzi məhdudiyyətləri yumşaldır
# 27 yanvar 2022 04:46 (UTC +04:00)

Avstriyada yanvarın 31-dən peyvənd olunmamış şəxslərlə bağlı karantini ləğv ediləcək. APA-nın xəbərinə görə, bu barədə Kansler Karl Nehammer məlumat verib.

Müvafiq qərar xəstəxanalarda, əsasən də intensiv terapiya şöbələrində vəziyyətin stabilləşməsi ilə əlaqədar qəbul olunub. Bununla belə, ictimai iaşə müəssisələri, mağazalar, mədəniyyət və incəsənət tədbirləri hələ də peyvənd olunmamış şəxslər üçün qapalı olacaq. Bundan əlavə, FFP2 tipli maskadan istifadə məcburiyyəti qüvvədə qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR