Avstriyada qatarda yanğın nəticəsində 45 nəfər tüstüdən zəhərlənib

Avstriyada qatarda yanğın nəticəsində 45 nəfər tüstüdən zəhərlənib
# 08 iyun 2023 06:03 (UTC +04:00)

Vyanadan Amsterdama gedən qatarda yanğın baş verib.

APA “lematin.ch” saytına istinadla xəbər verir ki, yanğına Avstriyanın İnsburq şəhəri yaxınlığındakı tuneldə kontakt xəttinin qırılması səbəb olub. Hadisə nəticəsində qatarda olan onadək avtomobil yanıb. Xilasedicilər 200 sərnişini təxliyə edib, alov söndürülüb.

Yerli polisin məlumatına görə, 45 nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR