Azərbaycan, Türkiyə və İran Parlament sədrləri Antalyada görüşəcək

Azərbaycan, Türkiyə və İran Parlament sədrləri Antalyada görüşəcək
# 08 yanvar 2023 21:37 (UTC +04:00)

Antalyada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib.

İran Parlamentinin sədri Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə Ankaraya səfər edəcəyini bildirib.

Qalibaf qeyd edib ki, Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq. Səfər çərçivəsində eyni zamanda Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR