Azərbaycan və Türkiyə də daxil olmaqla 17 ölkə Aİ Zirvə Toplantısına dəvət alacaq

Azərbaycan və Türkiyə də daxil olmaqla 17 ölkə Aİ Zirvə Toplantısına dəvət alacaq
# 08 sentyabr 2022 02:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) gələn ay Çexiyada keçiriləcək Aİ Zirvə toplantısına Türkiyəni dəvət edib.

APA-nın məlumatına görə, 17 ölkənin liderlər səviyyəsində keçiriləcək “Avropa Siyasi Birliyi” toplantısı keçiriləcək.

Aİ-nin yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, iclas 6-7 oktyabr tarixlərində planlaşdırılır.

Aİ-nin 27 üzvü ilə yanaşı, Türkiyə, Qərbi Balkan ölkələri Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo və Bosniya və Herseqovina, həmçinin Norveç, Lixtenşteyn, İsveçrə, İngiltərə, İslandiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan liderlər səviyyəsində, təmsil olunacaq.

İclasda müzakirə olunacaq əsas mövzular Rusiyanın Ukraynaya hücumu, enerji böhranı və iqtisadi vəziyyət olacaq.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilən Avropa Siyasi Birliyinin ilk iclası oktyabrın 6-da günorta və axşam Praqada Aİ Sammiti çərçivəsində keçiriləcək. Növbəti gün Aİ liderləri sammit görüşlərində iştirak edəcəklər.

Oktyabrın 6-da Avropa Siyasi Birliyinin iclası açılış sessiyası ilə başlayacaq və dəyirmi masa müzakirələri ilə davam edəcək.

Görüşlərdə təhlükəsizlik, sabitlik, enerji, iqlim, nəqliyyat və iqtisadiyyat kimi bir çox mövzu müzakirə olunacaq. Liderlərin ikitərəfli danışıqlar aparacağı günün sonunda bağlanış şam yeməyi veriləcək.

Avropa Siyasi Birliyi ideyası iyun ayında keçirilən Aİ Liderlər Zirvə toplantısında Fransa prezidenti Emmanuel Makron tərəfindən gündəmə gətirilib. Aİ administrasiyası bu ideyanın liderlər tərəfindən qəbul edildiyini bildirib.


Aİ rəsmiləri Avropa Siyasi Birliyini həm Aİ, həm də üçüncü ölkələrə məxsus “inklüziv proses” kimi təsvir edir. Bunun Aİ-nin genişlənməsi və ya Aİ siyasətinin əvəzi olmadığı vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR