Azərbaycana məxsus “Amfibiya” bu gün Türkiyədə yanğınla mübarizədə 2 uçuş edib - FOTO - VİDEO

Azərbaycana məxsus “Amfibiya” bu gün Türkiyədə yanğınla mübarizədə 2 uçuş edib - FOTO  - VİDEO
# 24 iyun 2022 19:35 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində iştirak edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, dünən gecə saatlarında Türkiyəyə gələn təyyarə bu gün 2 uçuş həyata keçirərək Yeşilbelde və Çöplük rayonlarında yanğın ərazisinə 120 tona yaxın su töküb.

Qeyd edək ki, ekipaj sabah da yanğına müdaxilə prosesini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR