Azərbaycanlı tələbələr Ermənistanın Britaniyadakı səfirini susdurublar

Azərbaycanlı tələbələr Ermənistanın Britaniyadakı səfirini susdurublar
# 30 mart 2023 18:27 (UTC +04:00)

Azərbaycanlı tələbələr Londonda Ermənistan səfirini ifşa ediblər.

APA-nın Britaniya bürosunun xəbərinə görə, “Queen Mary” Universitetində Ermənistanın Britaniyadakı səfiri Varuzhan Nersesyanın iştirakı ilə Qarabağla bağlı tədbir keçirilib.

Tədbirdə Ermənistan səfiri tədbir iştirakçılarına Qarabağda gedən proseslərlə bağlı, Xocalı soyqırımı ilə bağlı düzgün olmayan məlumatlar verib.

Bu zaman tədbirdə iştirak edən azərbaycanlı tələbələr səfirin sözünü kəsərək, səsləndirilən fikirlərin doğru olmadığını bildirərək onu susdurublar.

Qeyd edək ki, bundan öncə ermənipərəst parlamentari Baronessa Koksun tədbirdə iştirakı planlaşdırılsa da, daha sonra azərbaycanlı tələbələr və icma tərəfindən bunun ləğvinə nail olunub. Buna səbəb isə onun anti-müsəlman mövqeyi tutan sağçı qruplarla birbaşa əlaqəsinin ortaya çıxması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR